Rejissor Hilal Baydarovun filmində vaxtı tənzimləyən əsas amil hələ də torpaqdır. Hər yay olduğu kimi, Baydarov və qardaşı ata evində tək qalmış analarına baş çəkməyə gedirlər. Xurmanın yetişən vaxtlarıdır. Bu mövsüm də kənddə yaşayan insanlar məhsulun yığımı, hazırlanması və saxlanması üçün bir araya gəlirlər. Rejissorun ailəsi üçün xoşbəxt bir gün olsa da, mövsüm sona çatanda ana yenidən öz təkliyi ilə baş-başa qalacaq. Jestlərdən, hərəkətlərdən təsirlənən Baydarov günbəgün sevdiklərinin bədənlərini sanki əzəmətli bir xoreoqrafiya nümunəsi kimi öz kamerasının obyektivinə alır. Beləliklə evini, ailəsini və yaşadığı yeri tərk etməyin kədərli hissiyyatını özündə ehtiva edən səmimiyyəti tamaşaçıya çatdırır.
No actors for this record.
No lists.
No lists.
No lists.
Please log in to view notes.